AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Rəhman Hümmətov: "Xəzər Dəniz Gəmiçiliyi beynəlxalq sularda aktiv şəkildə donanmasını genişləndirir"

  • + A
  • - A
  • 17-11-2023, 22:28

    Rəhman Hümmətov: "Xəzər Dəniz Gəmiçiliyi beynəlxalq sularda aktiv şəkildə donanmasını genişləndirir"

    Son 20 ildə Azərbaycanda mühüm infrastruktur layihələrinin icra edilməsi nəticəsində ölkəmizin beynəlxalq logistika mərkəzinə çevrilməsi üçün münbit şərait yaradılıb.

    AZƏRTAC xəbər verir ki, bunu Bakıda “Beynəlxalq nəqliyyat-logistika dəhlizi: Zəngilandan inkişaf impulsları” mövzusunda keçirilən tədbirdə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov deyib.

    Onun sözlərinə görə, Azərbaycan hökuməti ölkənin yerləşdiyi əlverişli coğrafi mövqedən maksimum istifadə etməklə region ölkələri arasında ticarət, iqtisadi və mədəni əlaqələrin gücləndirilməsində səylərini daim artırıb və bu gün də bu istiqamətdə səylərini davam etdirir.

    “Bakı limanının yükaşırma qabiliyyətinin 25 milyon tona çatdırılması üçün tapşırıqlar verilib və bu istiqamətdə müvafiq işlər görülür. Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin buraxılış gücünün artırılması istiqamətində də iş aparılır. Xəzər dənizində fəaliyyət göstərən Xəzər Dəniz Gəmiçiliyi böyük donanmaya malikdir. Xəzər Dəniz Gəmiçiliyi beynəlxalq sularda aktiv şəkildə donanmasını genişləndirir", - deyə o bildirib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR