AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Yaşıl” enerji Azərbaycanın işğaldan azad edilmiş ərazilərini enerji ilə təmin edəcək

  • + A
  • - A
  • 22-11-2023, 15:42

    “Yaşıl” enerji Azərbaycanın işğaldan azad edilmiş ərazilərini enerji ilə təmin edəcək

    Azərbaycanlı mütəxəssislər respublikanın işğaldan azad edilmiş ərazilərində bərpa olunan enerji istehsalının yaradılması məqsədilə yaponiyalı həmkarları ilə əməkdaşlığa başlayıblar. O cümlədən, Laçın və Kəlbəcərdə külək enerjisinin texniki potensialı 2000 meqavat qiymətləndirilir.
    Azərbaycan energetika nazirinin müavini Samir Vəliyev bildirib ki, respublikada ümumi elektrik enerjisi istehsalı kontekstində bərpa olunan enerji mənbələrindən istehsal olunan güc 1688 meqavat və ya ümumi gücün təxminən 20 faizini təşkil edir. Yeddi ildən sonra bu rəqəmin 30%-ə çatdırılması planlaşdırılır.
    Nazir müavini daha sonra diqqətə çatdırıb ki, əsas istiqamətlərdən biri də işğaldan azad edilmiş ərazilərin “yaşıl” enerji zonalarına çevrilməsidir. Bu istiqamətdə artıq azərbaycanlı mütəxəssislər yaponiyalı həmkarları ilə əməkdaşlığa başlayıblar:
    “İlkin araşdırmalara görə, Qubadlı, Zəngilan, Cəbrayıl və Füzuli rayonlarında günəş enerjisinin texniki potensialı 7200 meqavatdan artıqdır. Laçın və Kəlbəcərdə külək enerjisinin texniki potensialı 2000 meqavat qiymətləndirilir”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR