Noyabrın 21-də Azərbaycan Turizm Bürosu tərəfindən ölkəmizin turizm sənayesinin 7 üzvü, Azərbaycan Respublikasının Qətər Dövlətindəki səfiriliyin nümayəndəsi və Qətər turizm sektorunu təmsil edən üzvlər üçün işgüzar şam yeməyi təşkil edilib.
Tədbirin məqsədi Qətər və Azərbaycan arasında mövcud turizm əlaqələrini genişləndirmək, turizm destinasiyası kimi Azərbaycan haqqında məlumatlılığı artırmaq, işgüzar turizmin təbliği və digər mövzularda əməkdaşlığı gücləndirməkdir.
Tədbir zamanı Azərbaycanın turizm imkanları haqqında təqdimat təşkil olunub.
Təqdimatdan sonra yerli tərəfdaşlar tərəfindən təsadüfi seçim əsasında qonaqlara hədiyyələr və sertifikatlar təqdim edilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.