Avropa İttifaqının əmək məcəlləsi dünyada ən sərt qanunlardan biri hesab olunur. O, iş şəraiti və işçilərin hüquqlarına, ayrı-seçkiliklə mübarizəyə və əməyin təhlükəsizliyinə xüsusi diqqət yetirir. Lakin ittifaq ölkələri arasında maaşlarda böyük fərqlər mövcuddur. Buna yerlərdə iqtisadiyyatın və əmək bazarının vəziyyəti, inflyasiya, tələbin səviyyəsi kimi müxtəlif amillər təsir göstərir.
Azadmedia.az Eurostat sosiologiya xidmətinə istinadla xəbər verir ki, 2022-ci ildə Avropa İttifaqı ölkələrində orta illik maaş İsveçrədə 106 min 839 avro ilə Bolqarıstanda 12 min 923 avro arasında dəyişib.
Ən yüksək maaş alan ölkələrin reytinqində İsveçrədən sonra ikinci yeri İslandiya tutub - 81 min 942 avro. İlk üçlüyü 79 min 903 avro ilə Lüksemburq tamamlayıb. İşçilərə ən az maaş Bolqarıstanda verilir -12 min 923 avro. Rumıniyada bu göstərici 14 min 500 avro, Xorvatiyada isə 17 min 842 avro təşkil edir.
Eurostat xidmətinin hesablamasına görə, Avropa İttifaqında orta saatlıq əməkhaqqı 30,5 avrodur. Aİ ölkələrində ən yüksək maaş maliyyə, sığorta, elektrik enerjisi, mədən, informasiya texnologiyaları, pərakəndə satış və təhsil sahələrindədir. Ən aşağı əməkhaqqı isə otel biznesində və tikintidə verilir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.