AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Şamaxıda keçirilən 2-ci Üzüm və Şərab Festivalına böyük maraq göstərilib

  • + A
  • - A
  • 26-11-2023, 18:31

    Şamaxıda keçirilən 2-ci Üzüm və Şərab Festivalına böyük maraq göstərilib

    Dövlət Turizm Agentliyi və Şamaxı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən İkinci Üzüm və Şərab Festivalına böyük maraq göstərilib.

    25-26 noyabr tarixlərində keçirilən festivalda 20-yə yaxın yerli şərab istehsalçısının müxtəlif növdə və çeşiddə olan şərablar nümayiş etdirilib və dequstasiya imkanı yaradılıb. Festivalda 2 gün boyunca müxtəlif əyləncəli-musiqili proqramlar təşkil olunub.

    İlk dəfə 2019-cu ildə keçirilən festival yerli üzüm və şərab istehsalının təşviqi, şərab məhsullarının ixrac potensialının artırılması, Azərbaycanda üzümçülük və şərab istehsalı tarixinin və bu sahədə görülən işlərin geniş ictimaiyyətə çatdırılmasını hədəfləyir.

    Festivalda uzun illərdən sonra ilk dəfə olaraq Qarabağda - Tuğda yetişdirilən, Azərbaycanın ən qədim yerli texniki üzüm sortu hesab olunan “Xındoqnı” üzüm sortundan alınan yüksək keyfiyyətli qırmızı süfrə şərablarının təqdimatı da baş tutub.

    Hazırda ölkəmizdə yerli üzüm sortları ilə yanaşı, dünya miqyasında tanınan üzüm sortları yetişdirilir. Ökəmizdə Gəncə-Qazax, Qarabağ, Şirvan və Qafqaz dağətəyi, Abşeron və Lənkəran-Astara bölgəsində üzümçülüyün tarixən inkişafı şərabçlığın da inkişafına təkan verib.

    Dövlət Turizm Agentliyi tərəfindən ölkəmizin qədim üzümçülük və şərabçılıq ənənələrinin tanıdılması, şərabçılıq turizminin inkişaf etdirilməsi və şərabçılıq turizm marşrutlarının yaradılması üzrə tanıtım və təbliğat tədbirləri həyata keçirilir. Bütövlükdə Dövlət Turizm Agentliyi tərəfindən bu cür tematik festivalların keçirilməsi və turizm məhsulu kimi inkişaf etdirilməsi məqam diqqət mərkəzində saxlanılır.















    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR