Həftənin ilk “Açıq mikrofon” aksiyası Ağstafa rayonunun Köçəsgər kəndində baş tutub. 20-yə yaxın müraciətin ünvanlandığı “Səyyar qəbul otağı"na rayonun Poylu, Aşağı Kəsəmən və Eynallı kəndlərindən də sakinlər qatılıb. Poylu kəndindən 1 nəfərin müraciəti 18 evin sakini adından ünvanlanıb ki, bu da küçə qaz xəttinin çəkilməsi ilə bağlı olub. Digər problem və təkliflərə gəlincə, bunlar qaz xəttinin və sayğacın yerinin dəyişdirilməsi, debitor borcun araşdırılması, qapı keçidinin quraşdırılması kimi məsələlərə aid olub. Aksiyaya ev sahibliyi edən Köçəsgər kəndində ünvanlanan bütün müraciətlər dinlənilib qeydə alındıqdan sonra Şəmkir RQİİ-nin rəhbər şəxsləri tərəfindən vətəndaşlara səsləndirdikləri suallar barədə ətraflı izahatlar verilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.