AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

2020-ci ildən bəri Aİ ölkələri TAP vasitəsilə Azərbaycandan 30 milyard kubmetrdən çox qaz alıb

  • + A
  • - A
  • 29-11-2023, 23:20

    2020-ci ildən bəri Aİ ölkələri TAP vasitəsilə Azərbaycandan 30 milyard kubmetrdən çox qaz alıb

    2020-ci ilin dekabr ayından Trans-Adriatik Boru Kəməri (TAP) vasitəsilə Avropaya ixrac edilən Azərbaycan qazının həcmi 30 milyard kubmetri ötüb. Bu barədə TAP AG konsorsiumu məlumat yayıb.

    "Biz Yunanıstan, Bolqarıstan və İtaliyaya 30 milyard kubmetrdən çox qaz nəql etmişik", - konsorsium qeyd edib.

    TAP kəməri Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz” yatağından hasil edilən qazın “Mərhələ-2” çərçivəsində Avropaya nəqli üçün nəzərdə tutulub.

    2022-ci ildə Azərbaycan qaz ixracını 18% - 22,3 milyard kubmetrədək artırıb, Avropaya tədarük 11,4 milyard kubmetr (+39%) təşkil edib. 2023-cü ildə Azərbaycandan 24,5 milyard kubmetr qaz ixracı planlaşdırılır ki, bunun da 12 milyard kubmetrdən çoxu Avropaya göndəriləcək.

    Hazırda Aİ-nin Azərbaycan qazının alıcıları İtaliya, Yunanıstan, Bolqarıstan, Rumıniya və Macarıstandır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR