AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İllik inflyasiya ötən ay nə qədər təşkil edib?

  • + A
  • - A
  • 4-12-2023, 12:57

    İllik inflyasiya ötən ay nə qədər təşkil edib?

    Bu ilin noyabr ayında Türkiyədə illik inflyasiya 62 %-ə yüksələrək son 11 ayın ən yüksək səviyyəsinə çatıb.

    AzadMedia.az “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə Türkiyə Statistika Təşkilatı (TÜİK) məlumat yayıb.

    Məlumata əsasən, bu, oktyabr ayı ilə müqayisədə 0,6 faiz bəndi çoxdur.

    Ötən ay qiymət artımı kommunal xidmətlər üzrə 26 %-dən 37,5 %-ə, spirtli içkilər və tütün məmulatları üzrə 62 %-dən 71,4 %-ə, geyim və ayaqqabılar üzrə 39,2 %-dən 40,7 %-ə, rabitə xidmətləri üzrə isə 46,7%-dən 48,2%-ə çatıb.

    Eyni zamanda, ərzaq məhsullarının inflyasiyası 72 %-dən 67,2 %-ə, nəqliyyat xidmətlərinin inflyasiyası isə 72 %-dən 70 %-ə düşüb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR