AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycan və Özbəkistanın hakim partiyaları memorandum imzalayacaqlar

  • + A
  • - A
  • 5-12-2023, 09:57

    Azərbaycan və Özbəkistanın hakim partiyaları memorandum imzalayacaqlar

    Azərbaycan və Özbəkistanın hakim partiyaları arasında memorandum imzalanacaq. Bunu Yeni Azərbaycan Partiyasının sədr müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov Türkiyənin Ədalət və İnkişaf Partiyası sədrinin xarici əlaqələr üzrə müavini Zəfər Sirakaya ilə birgə mətbuat konfransında deyib.

    Onun sözlərinə görə, tərəflər arasında əlaqələrin genişləndirilməsi əsas məsələlərdən biridir. “Bu əlaqələrin inkişafı dövlətlər arasında əlaqələrin genişlənməsinə də töhfə verir. Ən qısa müddətdə biz əməkdaşlığın yeni səviyyəyə keçidinə nail olacağıq”, - Budaqov bildirib.

    O, Azərbaycan və Özbəkistanın hakim partiyaları arasında yeni memorandumun imzalanmasının gözlənildiyini vurğulayıb. "Qazaxıstanın hakim partiyası ilə də əlaqələrimiz genişlənir", - Budaqov əlavə edib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR