AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Açıq məkanda reklam sahəsində unikal layihə həyata keçiriləcək

  • + A
  • - A
  • 7-12-2023, 17:42

    Açıq məkanda reklam sahəsində unikal layihə həyata keçiriləcək

    Dövlət Reklam Agentliyi açıq məkanda reklam sahəsində unikal layihə həyata keçirəcək. Bu barədə Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin İdarə Heyətinin sədri Aydın İbadov mediaya açıqlamasında bildirib. Agentlik tərəfindən ədv, rüsum və yayım haqlarının yığılmasının təmin edilməsində cari ilin noyabr ayında sentyabr və oktyabr ayları ilə müqayisədə daha yüksək nəticə əldə edildiyini deyən İdarə Heyətinin sədri A.İbadov bunun ilk növbədə ölkə rəhbərliyi tərəfindən verilmiş tapşırıq və tövsiyyələrin icrası, həmçinin ölkə iqtisadiyyatının bütün sahələrində olduğu kimi müvafiq sahədə də davamlı inkişafın təmin edilməsi sayəsində mümkün olduğunu ifadə edib.

    Agentlik tərəfindən ölkənin açıq məkanda reklam tarixində bir çox yeni layihələrin, o cümlədən süni zəkanın tətbiq ediləcəyi, “Reklama İntellektual Nəzarət Sistemi”nin yaradılacağı, reklam yerləşdirilməsinə icazə alınmasının asanlaşdırılması məqsədilə mobil tətbiqin hazırlanacağını qeyd edən sədr açıq məkanda mövcud reklam qurğularının “Reklam Məlumat Mərkəzi”nin hazırlanaraq reklam yayıcılarının istifadəsinə veriləcəyi barədə də məlumat verib. O bildirib ki, reklam yayıcısı həmin sistemə daxil olmaqla onu maraqlandıran ərazidə bütün mövcud reklam daşıyıcıları haqda ətraflı məlumat almaq, istəyinə uyğun reklam daşıyıcısını seçmək və birbaşa həmin daşıyıcı üzərində reklam yerləşdirmək imkanı əldə edəcək. “Bu layihənin həyata keçirilməsi reklam yayıcısının işini asanlaşdırmaqla yanaşı, həm reklam daşıyıcılarının qeydiyyatı sahəsində şəffaflığı təmin edəcək, həm də açıq məkanda reklam sahəsində fəaliyyət göstərən sahibkarların işini daha da stimullaşdıracaq”: deyə A.İbadov bildirib. İdarə Heyətinin sədri həmçinin daha bir xüsusi əhəmiyyət kəsb edən layihə barədə danışıb. Bu, şəhərlərin, kəndlərin, hətta küçələrin zahiri görünüşünün öyrənilməsi və həmin ərazilərdə yerləşdiriləcək reklam daşıyıcılarının estetik cəhətdən uyğun dizaynının hazırlanması layihəsidir. A.İbadov qeyd edib ki, reklam daşıyıcısının yerləşdirilməsinə icazə verilərkən həmin daşıyıcının yerləşdiriləcəyi ərazinin zahiri görünüşünə uyğun hazırlanması tövsiyyə ediləcək, zəruri eskizlər təqdim ediləcək.



    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR