Bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirikişili və millət vəkili Məşhur Məmmədov Bakı İdman Sarayında Azərbaycanda ilk dəfə keçirilən “1-ci Yerli İstehsalat və İstehsal Texnologiyaları Sərgisi”ni ziyarət ediblər. Azadmedia.az xəbər verir ki, bu barədə millət vəkili Məşhur Məmmədov sosial şəbəkə hesabında qeyd edib. M.Məmmədovun sözlərinə görə sərgidə 100-ə yaxın yerli şirkət tərəfindən istehsal edilən məhsullar və istehsal texnologiyaları təqdim olunurdu. Bakı şəhərində və ölkə regionlarında fəaliyyət göstərən şirkətlərin məhsulları qida, qeyri-qida, mebel, inşaat materialları, proqram təminatı, tekstil məhsulları kimi sahələri əhatə edən sərginin məqsədi yerli məhsulların geniş istehlakçı auditoriyasına tanıdılması, yerli brendlərin istehsal texnologiyaları barədə alıcıları məlumatlandırmaq, alıcılar və satıcılar arasında əlaqələrin qurulması və inkişaf etdirilməsi, yerli məhsulların ixracı sahəsində əməkdaşlığın genişləndirilməsidir.
Deputatın yazdığına görə, məlumat alıblar ki, “1-ci Yerli İstehsalat və İstehsal Texnologiyaları Sərgisi”nə İş adamları Cəmiyyətinin Milli Assosiasiyası, Dövlət Məşğulluq Agentliyi, Sahibkarlığın İnkişafı Fondu, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası da dəstək göstərir.
Millət vəkili dekabrın 9-dək davam edəcək sərgini sahibkarlar üçün məhsullarının tanıdılmasına əla fürsət adlandırıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.