AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Təbii qazın Azərbaycan üçün artan önəminin göstəricisi

  • + A
  • - A
  • 8-12-2023, 20:52

    Təbii qazın Azərbaycan üçün artan önəminin göstəricisi

    İndiyədək Azərbaycanda büdcə göstəriciləri hazırlanarkən 1 barel neftin proqnoz qiyməti açıqlanırdı və növbəti ilin büdcəsi həmin proqnoza əsasən hazırlanırdı. Son iki ildə təbii qazın qiymətinin artması Azərbaycanın ixracında təbii qazın payını artırıb. Məsələn, bu ilin ilk 10 ayında Azərbaycanın ixracında neftin payı 47%, təbii qazın payı isə 42%-dir.

    Bu baxımdan, Hesablama Palatasının Dövlət Neft Fondunun büdcəsi ilə bağlı rəyində növbəti il artıq təbii qaz qiymətləri ilə bağlı da proqnozun yer alması diqqət çəkir. Həmin açıqlamadan görünür ki, büdcə hazırlanarkən gələn il təbii qazın min kubmetrinin qiyməti 511 dollardan hesablanıb.

    Yəni, artıq iqtisadiyyatımızın və manatın taleyi sadəcə neft yox, həm də təbii qaz qiymətlərindən asılıdır. Necə deyərlər, Azərbaycanda qeyri-neft sektoru qaz sektorudur.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR