Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan yaxın vaxtlarda Rusiya prezidenti Vladimir Putinlə “taxıl müqaviləsi”nin bərpasını müzakirə etmək niyyətində olduğunu açıqlayıb. TRT xəbər verir ki, bunu Türkiyə lideri Macarıstandan qayıdarkən təyyarədə jurnalistlərin suallarını cavablandırarkən deyib.
Ərdoğan yaxın vaxtlarda Rusiya prezidenti ilə “taxıl müqaviləsi”ni bərpa etməyin yollarını tapmaq niyyətində olduğunu bildirib.
"Ümid edirəm ki, müsbət cavab alacağıq" deyən Ərdoğanın sözlərinə görə, “taxıl dəhlizi” Afrika ölkələrinin kənd təsərrüfatı məhsullarına olan tələbatını ödəmək üçün lazımdır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.