Lazımi işlər başa çatdıqdan sonra Azərbaycan və Türkiyə gömrük prosedurlarının sadələşdirilmiş modelinə keçəcək. Bunu ötən gün Bakıda keçirilən “İş Dünyası Toplantısı” tədbirində Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz deyib.
Onun sözlərinə görə, Türkiyə və Azərbaycan bu işlərin sürətlənməsinə öz töhfəsini verir.
“Ticarətin inkişafı üçün gömrük prosedurlarının sadələşdirilməsi son dərəcə vacibdir. Bu istiqamətdə iki ölkə arasında iş gedir”, - deyə Cevdet Yılmaz əlavə edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.