AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Rusiya və İran bankları birbaşa əməliyyatlar həyata keçirə biləcəklər

  • + A
  • - A
  • 9-01-2024, 00:00

    Rusiya və İran bankları birbaşa əməliyyatlar həyata keçirə biləcəklər


    Rusiya Federasiyası və İran öz maliyyə mesajlaşma sistemlərini birləşdiriblər, beləliklə, banklar artıq əməliyyatları birbaşa həyata keçirə bilərlər. Fars agentliyi xəbər verir ki, bunu İran Mərkəzi Bankının beynəlxalq məsələlər üzrə müavini Möhsün Kərimi deyib.

    “İki ölkənin banklarının bir-biri ilə əlaqə saxlaması üçün artıq İsveçrəyə ehtiyac yoxdur və hər iki ölkənin kommersiya bankları bir-biri ilə vasitəçilik əlaqələri qura bilərlər. İxracatçı Rusiya tərəfinə rialla hesab-faktura verə və İrandakı Rusiya banklarından pul ala bilər”, - deyə İran Mərkəzi Bankının sədr müavini bildirib.

    O, həmçinin qeyd edib ki, iki ölkənin ixracatçıları öz milli valyutaları ilə əməliyyatlar həyata keçirə bilərlər.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR