Hazırda parlamentdə müzakirə edilən məsələlərdən biri minimum əmək haqqının vergidən azad edilməsidir. Söhbət sadəcə dövlət sektorunda çalışıb minimum əmək haqqı alanların gəlir vergisindən gedir. Bunu deputat Vüqar Bayramov deyib.
Hazırda özəl sektorda 8 min manatadək maaş alanlar gəlir vergisindən azaddır. Dövlət sektorunda çalışıb minimum əmək haqqı (gross 345 manat) alan şəxslər isə 20 manat 30 qəpik məbləğində gəlir vergisi ödəyir.
Yəni, bu dəyişiklik həmin şəxslərin gəlirinin 20 manat artmasına yol aça bilər. Bu məbləğ minimum əmək haqqı artımını kompensasiya edəcək bir rəqəm deyil.
2012-ci ildə qəbul edilən “Azərbaycan 2020: gələcəyə baxış” inkişaf konsepsiyası adlı sənəddə deyilirdi ki, 2020-ci ilədək Azərbaycanda minimum maaş orta aylıq maaşın 60 faizinə çatdırılacaq. Son açıqlanan göstəricilərə görə, Azərbaycanda orta aylıq əməkhaqqı 921 manatdır. Minimum maaşın 345 manat olması o deməkdir ki, hazırda ölkədə minimum əməkhaqqı orta aylıq maaşın cəmi 37 faizidir. 60 faiz vədi yerinə yetirə bilsəydi, indi minimum maaş 550 manat olmalı idi.
Məlumat Çəpəki teleqram kanalından götürülüb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.