Azərbaycanın əmlak bazarı bir qərarla cökdü. Azadmedia.az.xəbər verir ki, bu fikri daşınmaz əmlak üzrə ekspert Elnur Fərzəliyev bildirib.
Daşınmaz əmlak üzrə ekspert qeyd edib ki, artıq daşınmaz əmlakların notarial alqı satqısında 20 000 manatdan artıq məbləğ ücün gəlir deklarasiyası tələb olunur. Yəni əmlak alışı ücün ödənilən pulun rəsmi mənbəəsi göstərilməlidir. Demək olar ki 2 gün ərzində yüzlərlə əmlakcılar bu məsələ ilə bağlı zəng vururlar. Alıcılar gəlir deklarasiyası təqdim edə bilmədikləri ücün notarusdan geri qayıtmalı olurlar. Ölkə əhalisinin 25 faizə qədəri Rusiyada yaşayır və işləyir. Digər ölkələrdə də 100 minlərlə vətəndaşlarımız yaşayır ki orada qazandıqları pulları ölkəmizin daşınmaz əmlak sahəsinə yatırım edirdilər. Başqa bir tərəfdən də ölkə daxili kənd təsərrüfatı və digər sahələrdən qazanc əldə edən şəxslərdə yetəri qədərdir ki onlarda gəlir deklarasiyası təqdim edə bilmirlər. Bir tərəfdən Bakını yenidən tikib qurmaq istəyirik, digər tərəfdən də tikənlərin belini qırırıq. İnsanlarımızın aldığı əmək haqqı ilə sürdükləri avtomobillərlə yaşadıqları evlərin qiymətləri axı hec vaxt üst üstə düşməyib.
Avropa qanunlarını burada icra etmək istəyən xarici təhsillilər, bir zəhmət Aropadakı əmək haqqını ilk olaraq burada verin daha sonra oranın qanunlarını tətbiq edin.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.