Azərbaycan və Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyası çərçivəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər. Bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov sosial şəbəkədəki səhifəsində yazıb.
“AYİB-in Birinci vitse-prezidenti Yurgen Riqterink ilə videokonfrans zamanı biz bankın dəstəyi ilə ölkəmizdə həyata keçirilən layihələr, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi (ASCO) ilə tərəfdaşlıq, eləcə də əməkdaşlıq məsələlərini müzakirə etdik. Azərbaycanda keçiriləcək COP29 çərçivəsində”, - nazir qeyd edib
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.