Şəki şəhərində keçirilən "Açıq mikrofon" aksiyasına əsasən Bolludərə kəndinin kiçik sahibkarları təşrif buyurub. Ənənəyə uyğun olaraq "Səyyar qəbul otağı"nı giriş sözü ilə Zaqatala RQİİ-nin rəisi açıq elan etdikdən sonra KOBİA nümayəndəsi məsləhət və tövsiyələrini sahibkarların diqqətinə çatdırıb. Daha sonra mikrofon önünə sahibkarlar çıxıblar. Səslənən 8 müraciətdən 6-sı eyniyönümlü olub ki, bu da Bolludərə kəndinin kiçik sahibkarlarının mavi yanacaqla təmin olunma istəyini əhatə edib. Görüşdə ünvanlanan bütün müraciətlər Zaqatala RQİİ-nin rəhbər şəxsləri tərəfindən qeydiyyata alınıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.