Yanvarın 15-dən turistlər məscid ərazisinə daxil olmaq üçün 25 avro ödəməli olacaqlar. Bu barədə məlumatı Respublika Mədəniyyət və Turizm Nazirliyi yayıb.
İdarənin nümayəndələri əmindirlər ki, bu yolla uzun növbələrin qarşısını ala biləcəklər.
Eyni zamanda ölkə vətəndaşları məscidi pulsuz ziyarət edə biləcəklər.
Əvvəllər də qeyd olunurdu ki, ölkə rəhbərliyi YUNESKO-nun tövsiyəsi ilə Ayasofyaya girişi pullu etməyi planlaşdırır.
Hökumət bu yolla dini xidmətlər məqsədilə məscidə gələn vətəndaşların qalmasını rahat etmək istəyir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.