Rusiya Federasiyasının Nazirlər Kabineti benzinin ixracına qadağa tətbiq etmək imkanını hələlik nəzərdən keçirmir. TASS bu barədə Rusiya hökumətindəki mənbəyə istinadən xəbər verir.
"Bu tədbir müzakirə edilmir və nəzərə alınmır", - agentliyin mənbəsi qeyd edib.
Yanvarın 15-də “İnterfaks” bir neçə mənbəyə istinadən xəbər verib ki, Rusiya Nazirlər Kabineti Nijni Novqorodda neft emalı zavodunda baş vermiş qəzaya görə xaricə benzin tədarükünə qadağa qoya bilər. Materialda qeyd olunub ki, “Lukoyl” artıq yanacaq ixracını dayandırıb və problemin həlli üçün digər ixtisaslaşmış şirkətlərdən kömək istəyib.
Bundan əvvəl “Lukoyl”un mətbuat xidməti bildirmişdi ki, Nijni Novqorod Neft Emalı Zavodunda (NORSI) qurğulardan birinin fəaliyyəti müvəqqəti olaraq dayandırılıb. Şirkət nümayəndələrinin sözlərinə görə, buna səbəb son iki ayda ikinci katalitik krekinq qurğusunun sıradan çıxması olub. Eyni zamanda, 2023-cü ilin dekabrında problem yaranan birincisi bərpa edilərək daha az enerji ilə işə salınıb.
Öz növbəsində, Rusiya Federasiyasının Energetika Nazirliyi Rusiya bazarına benzinin fasiləsiz çatdırılması üçün tədbirlərin işlənib hazırlandığını elan etdi. Departamentin bəyanatına görə, “Lukoyl” artıq Nijni Novqoroddakı neftayırma zavodunda problemlərin tezliklə aradan qaldırılması planını təqdim edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.