Azərbaycan və Türkiyə Rusiya Federasiyasına yumurta tədarükünü davam etdirir. Yanvarın 19-na kimi Azərbaycandan 3 milyon, Türkiyədən isə 1,2 milyon yumurta idxal edilib.
Türkiyədən növbəti partiyalar (633,6 min ədəd) yanvarın 16 və 18-də Rusiya Federasiyasına gəlib. Cümə günü Yaraq-Kazmalyar keçid məntəqəsi (Dağıstan) vasitəsilə Azərbaycandan 612 min ədəd həcmində iki yük daşınıb.
Xəbər verdiyimiz kimi, Rusiya Federasiyası yumurtanın qiymətinin kəskin artması fonunda yumurtanın idxal rüsumunu 6 ay müddətinə azaldıb. Gözlənilir ki, bu tədbir 1,2 milyard yumurtanın idxalına imkan verəcək və qiymət vəziyyətini sabitləşdirəcək.
2023-cü ildə Rusiya Federasiyasında yumurta 1,6 dəfə, dekabrda isə 18,2% bahalaşıb. Yanvar ayında istehlak qiymətləri azalmağa başlayıb. Yanvarın 10-dan 15-dək yumurta 2023-cü ilin iyun ayının sonundan bəri ilk dəfə olaraq 0,2% ucuzlaşıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.