Yanvarın 22-nə Azərbaycandan Rusiyaya 3,6 milyon ədəd qida yumurtaları idxal edilib. Azadmedia.az xəbər verir ki, bu barədə “Rosselxoznadzor” məlumat yayıb.
Yanvarın 20-si və 21-i tarixlərində Rusiyaya sonrakı satış üçün Yaraq-Kazmalyar keçid məntəqəsi vasitəsilə Azərbaycandan 36 ton (612 min ədəd) həcmində iki partiya ərzaq yumurtası gətirilib.
Yüklər müvəqqəti saxlama anbarına daxil olduqdan sonra qida məhsullarının keyfiyyətini və təhlükəsizliyini təmin etmək məqsədilə nümunələr götürülüb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.