AAYDA-dan Xudafərin-Qubadlı-Laçın avtomobil yolunun 50 faiz tamamlandığını bildiriblər. Yolun 2024-cü ilin sonunda istifadəyə verilməsi planlaşdırılır.
Xudafərin-Qubadlı-Laçın yolunun tikintisi yarımçıq qalıb. Bu barədə Əhmədbəyli-Horadiz-Mincivan-Ağbənd, Xudafərin-Qubadlı-Laçın yeni alternativ avtomobil yollarının, eləcə də şəhərə girişi olmayan alternativ yolun tikintisi layihələri ilə bağlı tərtib edilmiş ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) sənədlərinin müzakirəsinə həsr olunmuş dinləmələrdə bildirilib.
Həmçinin qeyd edilir ki, tikintinin başa çatdırılması 2024-cü ilə nəzərdə tutulub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.