Ölkədə vergi məsələləri üzrə bir sıra konsaltinq şirkətləri fəaliyyət göstərsə də, “Fikrət Ələsgərli və partnyorları gömrük və vergi məsələləri üzrə konsaltinq“ Məhdud Məsuliyyətli Cəmiyyəti gömrük məsələləri üzrə ilk və tək konsaltinq şirkətidir.
Şirkətin rəsmi açılış və konsepsiyasının təqdimat mərasimindən öncə kollektiv Fəxri Xiyabanda Ümummilli Liderimiz Heydər Əliyevin məzarını ziyarət edib.
Açılış mərasimi vətən uğrunda canlarını fəda edən şəhidlərimizin ruhunun bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Tədbirdə çıxış edən Şirkətin direktoru əməkdar hüquqşünas, BMT-nin və Ümumdünya Gömrük Təşkilatının eksperti Fikrət Ələsgərli ətraflı məlumat verərək bildirib ki, Şirkət ölkədə şəffaf biznes mühitinin formalaşmasında, sahibkarların qanuni tələblərinə və ehtiyaclarına uyğun peşəkar hüquqi xidmət sisteminin təkmilləşdirilməsində yaxından iştirak etmək məqsədilə yaradılıb. Missiya xarici iqtisadi fəaliyyətlə məşğul olan şəxsləri gömrük və vergi sahəsində qanunvericiliyin tələbləri barədə maarifləndirmək, qanuni hüquqlarını izah etmək və bu hüquqların müdafiəsində onlara dəstək olmaqla cəmiyyətdə hüquq mədəniyyətini yüksəltməkdir. Fikrət Ələsgərli vurğulayıb ki, Şirkət qanunun aliliyini əldə rəhbər tutaraq, müştərilər üçün istənilən vəziyyətdə optimal həllər tapmaq imkanına malikdir. “Biz öz fəaliyyətimizdə hər zaman obyektivlik prinsipinə sadiq qalaraq, faktlara söykənən düzgün və dəqiq məlumatlar əsasında yalnız nəticə üçün çalışırıq. Komandamızın təcrübəsi və peşəkarlığı qarşıya qoyulan tapşırığın öhdəsindən gəlməyə və məqsədə çatmağa imkan verir. Keyfiyyətli xidməti müştərilərimiz bizimlə əməkdaşlıqla müəyyən edəcəklər” deyə Fikrət Ələskərli vurğulayıb.
Tədbirdə iştirak edən xarici iqtisadi fəaliyyət iştirakçıları, tanınmış hüquqşünas və vəkillər, ekspertlər, partnyor şirkətlərin nümayəndələri, media təmsilçiləri, QHT nümayəndələri və ziyalılar çıxış edərək uzun illər gömrük və vergi orqanlarında xidmət etmiş mütəxəssislərdən ibarət komandaya gələcək
fəaliyyətində uğurlar arzulayıb.
Yeri gəlmişkən, “Fikrət Ələsgərli və partnyorları gömrük və vergi məsələləri üzrə konsaltinq“ şirkəti Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, Ə.Quliyev küçəsi 1131 ünvanındakı “Babək Plaza” iş mərkəzinin C blokunun 9-cu mərtəbəsində yerləşir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.