“Bota” və “Türkmənqaz” şirkətləri türkmən qazının Azərbaycan və Türkiyə vasitəsilə Avropaya nəqli planlarını müzakirə ediblər. Tərəflərin görüşü Ankarada baş tutub.
Türkiyənin “Bota” neft-qaz şirkətinin rəhbərliyi Türkmənistanın “Türkmənqaz” dövlət korporasiyasının nümayəndələri ilə danışıqlar aparıb, görüş Ankarada baş tutub,. Azadmedia.az xəbər verirki, bu barədə “Sabah” yazır.
Tərəflər türkmən qazının Avropaya nəqlini müzakirə ediblər. Onun Azərbaycan və Türkiyə vasitəsilə çatdırılması gözlənilir.
Türkiyə şirkətinin rəhbərliyi əmin edib ki, planlarının həyata keçirilməsində türkmən tərəfinə kömək edəcək. Birinci mərhələdə qazın Türkiyəyə çatdırılması nəzərdə tutulur, daha sonra qısa müddətdə Avropaya müntəzəm olaraq nəql olunacaq.
Qeyd olunur ki, türkmən qazının təxmini dəyəri Türkiyə üçün daha sərfəlidir, çünki bu, onun qaz ixrac edən digər dövlətlərlə danışıqlarda mövqeyini gücləndirməyə kömək edəcək.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.