Azərbaycan və Türkiyə fevralın 5-dək Rusiyaya 13,3 milyon ədəd yumurta verib. Bu barədə Rosselxoznadzor məlumat yayıb.
“Fevralın 1-dən 4-dək Rusiyaya sonrakı satış üçün Azərbaycandan 1,5 milyon ədəd, Türkiyədən isə 633,6 min ədəd yumurtanın növbəti partiyası Yaraq-Kazmalyar keçid məntəqəsi vasitəsilə daxil olub.
Yumurta qiymətlərinin kəskin artması fonunda Rusiya Federasiyası 2024-cü ilin birinci yarısında yumurtanın idxal rüsumunu sıfıra endirib. Bunun 1,2 milyard yumurtanın idxalına imkan verəcəyi təxmin edilir.
Rosstatın məlumatına görə, 2023-cü ildə Rusiyada yumurta 1,6 dəfə, dekabrda isə 18,2% bahalaşıb. Yanvar ayında istehlak qiymətləri azalmağa başlayıb. Yanvarın 10-dan 15-dək yumurta bahalaşıb
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.