İran Cənubi Qafqazda sülhün bərqərar olmasında və Azərbaycanla əlaqələrin inkişafında maraqlıdır. Azadmedia.az xəbər verir li, bunu ölkənin Bakıdakı səfiri deyib. Şimal-Cənub ITC vacibdir. Səfir həmçinin əlavə edib ki, ölkələr müxtəlif sahələrdə əməkdaşlığı inkişaf etdirə bilər.
İranın Bakıdakı səfiri Seyid Abbas Musəvi bildirib ki, Şimal-Cənub və Şərq-Qərb beynəlxalq nəqliyyat dəhlizləri regionun bütün ölkələri üçün vacibdir.
Səfirin sözlərinə görə, İran qonşu və qardaş dövlət - Azərbaycan üçün sülh və sabitlikdə maraqlıdır.
O, iki ölkə arasında müxtəlif sahələrdə, o cümlədən ticarət-iqtisadiyyat sahələrində əlaqələrin inkişafına ümidvar olduğunu bildirib. Bakı ilə Tehran arasında güzəştli ticarət sazişinin imzalanması buna şərait yaratmalıdır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.