Zəngəzur dəhlizi bütün region üçün vacibdir və bu, həm Azərbaycana, həm də Ermənistana xeyir verəcək. SOCAR-dan bildiriblər ki, yeni marşrutun istifadəyə verilməsi beynəlxalq daşımaların həcmini artıracaq.
SOCAR rəhbərinin müşaviri Elçin Ağakişiyev Zəngəzur dəhlizinin region üçün böyük əhəmiyyətindən danışıb.
Zəngəzur dəhlizinin yaradılması regiondakı əməliyyatlara böyük təsir göstərəcək. Azadmedia.az.xəbər verir ki, o, nu barədə Bakıda keçirilən Drilling Caspian konfransında logistika üzrə panel zamanı deyib.
“Dəhlizin açılması ilə biz regional miqyasda beynəlxalq daşımalarda Gürcüstanla rəqabət apara və bu sahədə ümumi əməliyyatların həcmini artıra biləcəyik”, - o qeyd edib. Elçin Ağakişiyev onu da qeyd edib ki, bu nəqliyyat marşrutunda təkcə Azərbaycan maraqlı ola bilməz.
"Dəhlizin açılması Ermənistan üçün də faydalı olmalıdır, yəni regiona sülh gətirəcək. Beləliklə, bu, bütün Cənubi Qafqaz və qonşu dövlətlərlə əlaqələr üçün vacibdir. Biz regionda sabitliyə nail ola biləcəyik. Bu həm iqtisadi artım, həm də yeni iş yerlərinin yaradılması baxımından vacibdir”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.