AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Mikayıl Cabbarov: Azərbaycanın qeyri-neft-qaz sektorunda aparılan islahatlar sabit iqtisadi artımı təmin edir

  • + A
  • - A
  • 15-02-2024, 16:28

    Mikayıl Cabbarov: Azərbaycanın qeyri-neft-qaz sektorunda aparılan islahatlar sabit iqtisadi artımı təmin edir

    Son illər Azərbaycanın qeyri-neft-qaz sektorunda aparılan islahatlar və dəstək tədbirləri bu gün sabit iqtisadi artımı təmin edir. Bunu Bakıda keçirilən “Vergi sistemi yeni inkişaf dövründə: dayanıqlı iqtisadiyyat üçün strateji hədəflər” mövzusunda keçirilən forumda Azərbaycanın iqtisadiyyat naziri vəzifəsini icra edən Mikayıl Cabbarov deyib.

    “Dövlətimiz dünyada qlobal çağırışlara adekvat yanaşma nümayiş etdirir. Ölkəmizdə neft və qaz hasilatının proqnozlaşdırılan azalması və dünya bazarlarında qiymətlərin aşağı düşməsi fonunda ÜDM-in nominal həcminə təsir təbii və gözlənilən idi. Halbuki biz bu prosesə hazır idik. Son illər qeyri-neft-qaz sektorunda aparılan islahatlar və dəstək tədbirləri bu gün sabit iqtisadi artımı təmin edir. 2023-cü ildə qeyri-neft-qaz sektorunun artım tempi 3,7 faiz təşkil edib”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR