Xəbər verdiyimiz kimi fevralın 16-da spiker Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin yaz sessiyasında növbəti plenar iclası keçirilib.
Milli Məclisin sədri Sahibə Qafarova gündəliyin növbəti 3 məsələsinin ikinci oxunuşda qanun layihələri olduğunu bildirib
Sonra Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsini (ikinci oxunuş) diqqətə çatdırıb. O, layihəyə birinci oxunuş zamanı deputatlar tərəfindən müsbət münasibət bildirildiyini söyləyib, ikinci oxunuşda məsələ ilə bağlı komitəyə heç bir əlavə təklifin daxil olmadığını deyib.
Layihədə təklif olunan dəyişiklik qida obyektinin təsdiqindən imtina edilməsi üçün əsasları dəqiqləşdirir. Belə ki, aparılan qiymətləndirilmə nəticəsində qida obyektində aşkar edilmiş uyğunsuzluqların infrastruktur və avadanlıqla əlaqəli olduğu və təhlükəli qida və yem məhsullarının istehsalına və emalına səbəb olacağı halda qida obyektinin təsdiqindən imtina ediləcəkdir.
Müzakirələrdə çıxış edən deputat Vüqar Bayramov bir sıra təkliflərini səsləndirdikdən sonra, qanun layihəsi ikinci oxunuşda qəbul edilib
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.