AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycandan Türkiyə üzərindən Macarıstana təbii qazın nəqlinə aprel ayında başlanacaq

  • + A
  • - A
  • 16-02-2024, 23:14

    Azərbaycandan Türkiyə üzərindən Macarıstana təbii qazın nəqlinə aprel ayında başlanacaq

    Apreldə Azərbaycandan Türkiyə ərazisi ilə təbii qazın nəqlinə başlanacaq. Bunu Türkiyənin “Anadolu” agentliyinə müsahibəsində Macarıstanın xarici işlər naziri Peter Siyarto deyib.

    O qeyd edib ki, Türkiyə ilk dəfə olaraq birbaşa qonşu olmayan ölkəyə qaz ixrac edəcək.

    "Biz Türk Dövlətləri Təşkilatına üzv ölkələrlə ticarəti əhəmiyyətli dərəcədə artırmışıq. Bu il biz Azərbaycan və Türkiyədən qaz almağa başlayacağıq", - Macarıstanın xarici işlər naziri əlavə edib.

    Azərbaycandan Türkiyə vasitəsilə Macarıstana təbii qazın nəqlindən danışan Sziyarto 275 milyon kubmetr təbii qazın tədarükü üçün müqavilə imzalandığını vurğulayıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR