AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Türkiyədə mənzil alanlar arasında ruslar lider olub

  • + A
  • - A
  • 16-02-2024, 23:25

    Türkiyədə mənzil alanlar arasında ruslar lider olub

    Yanvarda Türkiyədə ən çox mənzil alanların siyahısında Rusiya vətəndaşları lider mövqeləri tutub. Ötən il ruslar respublikada 10 mindən çox ev və mənzil alıblar.
    Ötən ay Rusiya Federasiyası vətəndaşları Türkiyədə 500-dən çox mənzil alıblar.

    Beləliklə, ruslar artıq ikinci ildir ki, türk daşınmaz əmlakının alıcıları siyahısında birinci olurlar. Bu məlumatı Milli Statistika İnstitutu yayıb.

    Ötən il Rusiya vətəndaşları 10 mindən çox ev və mənzilin sahibi olub.

    Qeyd olunur ki, ruslar ən çox Antalya kurortunda mənzil alırlar - 747 mənzil. İstanbulda 710, Mersində isə 211 mənzil alınıb.

    Həmçinin yanvar ayında İran və Ukrayna vətəndaşları daha çox mənzil alıblar.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR