AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Avropanın smartfon bazarı liderini dəyişib

  • + A
  • - A
  • 20-02-2024, 23:58

    Avropanın smartfon bazarı liderini dəyişib


    2023-cü ilin dördüncü rübündə “Apple” 21 ayda ilk dəfə Avropada smartfon tədarükünün həcminə görə “Samsung”u geridə qoyub. Canalys analitik şirkətinin məlumatına görə, ümumi Avropa smartfon bazarı 3% azalıb.

    Canalys-in son araşdırmasına görə, 2023-cü ilin dördüncü rübündə Avropada (Rusiya istisna olmaqla) smartfon tədarükü keçən ilin eyni dövrü ilə müqayisədə 37,8 milyon ədədə qədər azalıb. “Apple” şirkəti tədarük həcmini 1% artıraraq 12,4 milyon ədədə çatdıraraq bazara liderlik edib. Qeyd olunur ki, “Apple” “iPhone 15” xəttinə yüksək tələbat sayəsində birinci yeri tuta bilib.

    “Samsung” 10,8 milyon smartfonla (12 faiz azalaraq) ikinci yeri tutub. İlk üçlüyü smartfon tədarükü 6 milyon ədəd təşkil edən Xiaomi şirkəti qapayır ki, bu da 2022-ci illə müqayisədə 10% azdır.

    Bundan əlavə, çətin iqtisadi vəziyyətə baxmayaraq, premium modellərə tələbat ən yüksək həddə çatmışdı - satılan smartfonların demək olar ki, 40%-nin qiyməti 800 dollar və ya daha yüksək idi.

    Analitiklər pandemiya zamanı alınan cihazların qarşıdan gələn yeniləmə dövrü ilə əlaqədar olaraq Avropa smartfon bazarında artım gözləyirlər.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR