Müharibədən əvvəlki (2021) dövrlə müqayisədə Azərbaycan və Ukrayna arasındakı ticarət həcmi 2023-cü ildə 2.6 dəfə azalıb.
Müharibə Azərbaycanın Ukraynaya olan ixracına daha çox zərər vurub. Belə ki, müharibədən öncəki illə müqayisədə ötən il Azərbaycanın Ukraynaya ixracdan əldə etdiyi gəlir 452 milyon dollardan 118 milyon dollara geriləyib. Başqa sözlə, 3.8 dəfə aşağı düşüb.
Eyni dövr ərzində Ukraynanın Azərbaycana ixracı isə iki dəfə azalaraq 470 milyon dollardan 235 milyon dollara geriləyib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.