Lenin Nolly/Keystone Press Agency/Global Look Press
ABŞ hakimiyyətinin fevralın 23-də açıqlayacağı yeni sanksiyalar siyahısına 500-dən çox maddə daxil olacaq. “Reuters” bu barədə ABŞ maliyyə nazirinin müavini Uolli Adeyemoya istinadən məlumat yayıb.
Adeyemo-nun sözlərinə görə, sanksiyalar Rusiya hərbi sənaye kompleksinə və Rusiyanın hərbi və ya ikili təyinatlı mallara çıxışını asanlaşdıran üçüncü ölkələrin şirkətlərinə qarşı yönələcək.
Fevralın 23-də Dövlət Departamenti də Rusiyaya qarşı sanksiyalar rejiminin sərtləşdirildiyini açıqlayıb. ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müşaviri Viktoriya Nuland izah edib ki, bunun məqsədi “Rusiyanın məhdudlaşdırıcı tədbirlərdən yayınma səylərini sarsıtmaq” olacaq.
Fevralın 21-də Aİ-nin Rusiya ilə əlaqələrə görə xarici şirkətlərə qarşı sanksiyalar tətbiq etdiyi barədə məlumat yayılmışdı. 13-cü qadağalar paketinə Hindistan, Çin və Türkiyə şirkətləri daxildir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.