AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycan şərabı Türkiyə bazarına çıxır

  • + A
  • - A
  • 27-02-2024, 06:37

    Azərbaycan şərabı Türkiyə bazarına çıxır

    Türkiyə və Azərbaycan arasında imzalanan yeni sazişə əsasən Azərbaycan Türkiyəyə ildə 1.5 milyon litr şərabı gömrük rüsumu olmadan ixrac edə biləcək.

    Bu xəbər Türkiyə mətbuatında müzakirələrə səbəb olub. Buna səbəb, hazırki Türkiyə iqtidarının normalda spirtli içkilərlə bağlı qərarlara mühafizəkar yanaşması ilə bağlıdır.

    Ədalət və İnkişaf Partiyası uzun illərdir ki, spirtli içkilərə tətbiq edilən vergi və rüsumları artırır. Bu isə, Türkiyədə sekulyar kəsiminin narazılığına səbəb olur. Bu baxımdan, İslamçı yanaşmaları ilə tanınan iqtidarın Azərbaycandan güzəştli şərab ixracına şərait yaratması maraqla qarşılanıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR