01.01.2024-cü il tarixinə Azərbaycanda rəsmi orta aylıq əmək haqqının (gross) 800 manatdan yüksək olduğu cəmi 6 rayon və şəhər var.
1. Bakı – 1183
2. Daşkəsən – 940
3. Şuşa - 851
4. Sumqayıt – 830
5. Gədəbəy – 811
6. Zəngilan - 809
Daşkəsən və Gədəbəydə nəticələrin yüksək olması qiymətli metalların hasilatı ilə bağlı müəssisələrin olmasına görədir. Şuşa və Zəngilanda isə prezidentin səlahiyyətli nümayəndəliyi fəaliyyət göstərir.
Yəni, görünən odur ki, hansısa rayonda 1 müəssisə və ya qurumun fəaliyyət göstərməsi belə həmin rayonun orta aylıq maaş göstəricisinin digərlərinə nəzərən yüksək olmasına bəs edir.
Məlumat Çəpəki teleqram kanalından götürülüb
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.