AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Dövlət Borcu üzrə Statistik Bülleten”in dərc edilməsinə başlanıb

  • + A
  • - A
  • 29-02-2024, 18:00

    “Dövlət Borcu üzrə Statistik Bülleten”in dərc edilməsinə başlanıb

    2024-cü ildən etibarən Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyi “Dövlət Borcu üzrə Statistik Bülleten” hazırlayaraq dərc etməyə başlayıb.

    Sənəd dövlət borcu sahəsində şəffaflığın təmin edilməsi, dövlət borcu ilə bağlı ictimaiyyətə açıqlanan informasiya dairəsinin genişləndirilməsi və bu sahə üzrə məlumatlara əlçatanlığın təmin edilməsi məqsədilə ildə iki dəfə dərc olunacaq. Bülleten hazırlanarkən bu sahədə digər ölkələrin qabaqcıl təcrübələri öyrənilib və beynəlxalq ekspertlərin tövsiyələri nəzərə alınıb.

    2023-cü ilin yekunlarına dair hazırlanmış ilk “Dövlət Borcu üzrə Statistik Bülleten” Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin rəsmi internet səhifəsində yerləşdirilir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR