Rusiyanın “İraero” aviaşirkəti aprelin 2-dən Omsk-Bakı reysinə başlayacaq. TASS xəbər verir ki, bu barədə Omsk hava limanının mətbuat xidməti məlumat yayıb. Bu uçuş son 10 ildə bu istiqamətdə ilk uçuş olacaq.
"IRAERO aviaşirkəti Omsk-Bakı reysi üçün biletlərin satışına başlayıb. Azərbaycanın paytaxtına ilk reys aprelin 2-də baş tutacaq. Uçuş proqramı oktyabrın 22-dək açıqlanıb", - agentliyin həmsöhbəti bildirib. Bu şəhərlər arasında birbaşa uçuşlar 2014-cü ildə həyata keçirildi.
Uçuşlar həftədə bir dəfə Superjet 100 təyyarəsi ilə həyata keçiriləcək. Təyyarə çərşənbə axşamı saat 02:50-də Omska çatacaq və yerli vaxtla saat 04:00 radələrində əks istiqamətə yola düşəcək.
Səyahət vaxtı üç saat yarımdır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.