AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İran qaz hasilatını artırmağı planlaşdırır

  • + A
  • - A
  • 3-03-2024, 22:46

    İran qaz hasilatını artırmağı planlaşdırır

    İran yaxın beş ildə qaz hasilatını 1,3 milyard kubmetrə çatdırmağı planlaşdırır. Bunu Əlcəzairdə keçirilən Qaz İxrac Edən Ölkələr Forumunun (GECF) VII sammitində İslam Respublikasının neft naziri Cavad Oudci deyib.

    İranın SNN telekanalı onun sözlərindən sitat gətirir: “İran yaxın beş ildə qaz hasilatını bugünkü 1,07 milyard kubmetrdən 1,3 milyard kubmetrə çatdırmağı planlaşdırır”. Nazir əlavə edib ki, bu məqsədə nail olmaq üçün ölkə qaz hasilatı kompleksinə 80 milyard dollardan çox vəsait ayıracaq.

    GECF dünyanın aparıcı qaz ixracatçılarını birləşdirən hökumətlərarası təşkilatdır. İndi onun üzvləri 13 dövlətdir: Əlcəzair, Boliviya, Venesuela, Misir, İran, Qətər, Liviya, Mavritaniya, Nigeriya, Birləşmiş Ərəb Əmirlikləri, Rusiya, Trinidad və Tobaqo, Ekvatorial Qvineya. Bu ölkələr dünya qaz ehtiyatlarının təxminən 70%-nə, dünya LNG ixracının 51%-nə və dünya boru kəməri tədarükünün 52%-nə nəzarət edirlər.

    Dünyanın ən böyük qaz ehtiyatları Rusiyada (təxminən 25%), İranda (təxminən 17%) və Qətərdə (təxminən 12%) yerləşir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR