Ötən il Azərbaycan hakimiyyəti Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında yolların bərpası və tikintisinə 2 milyard dollardan çox sərmayə qoyub.
Azərbaycan hakimiyyəti Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında dəmir və avtomobil yollarının bərpasına 3,6 milyard manat və ya 2,1 milyard dollardan çox vəsait xərcləyib. Bu barədə respublika Nazirlər Kabineti məlumat yayıb.
Bildirilir ki, yolların bərpası və avtomobil yollarının tikintisi üçün ayrılmış vəsait tam mənimsənilib.
“Bu vəsaitlər dövlət əsaslı vəsait qoyuluşu hesabına dövlət büdcəsində maliyyələşdirilib və tam həcmdə istifadə edilib”
– Azərbaycan Nazirlər Kabineti bildirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.