Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev yaxın günlərdə Azərbaycana səfər edəcək.
Bu barədə Qazaxıstan Prezidentinin mətbuat xidməti məlumat yayıb.
“Prezident Kasım-Jomart Tokayev martın 11-12-də Azərbaycan Respublikasına dövlət səfəri edəcək”, - məlumatda deyilir.
Səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə danışıqların aparılması və Qazaxıstan-Azərbaycan Ali Dövlətlərarası Şurasının ilk iclasında iştirak gözlənilir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.