SOCAR-ın "Azəriqaz" İB yanında İctimai Şuranın sədri və üzvləri "Gəncə Cihazqayırma Zavodu"nda olublar. Əvvəlcə zavodun fəaliyyət istiqaməti və istehsal edilən məmulatlar haqqında ətraflı məlumat verilib. Daha sonra İctimai Şura üzvləri müasir texnoloji avadanlıqlarla təchiz edilmiş 6000 kvadrat metr ərazi ilə yaxından tanış olublar. Zavodda çalışan 200-dən çox işçinin fəaliyyətinə əyani şahidlik edilib, iş şəraitləri ilə maraqlanılıb. Sonda qaz sayğaclarının istehsal edildiyi bölməyə baş çəkilib. Sayğacların hazırlanması proseduru əvvəldən sonadək izlənilib. İctimaiyyətdə sonradan ödənişli (mexaniki tipli) sayğaclarla bağlı yayılan məlumatların həqiqətə uyğun olmadığına əyani şəkildə bir daha əmin olunub.
Xatırladaq ki, SOCAR-ın “Azəriqaz” İB ilə "Gəncə Cihazqayırma Zavodu" ASC arasında ötən ilin oktyabrında müqavilə imzalanıb. Müqavilə “Azəriqaz” İB-nin "Gəncə Cihazqayırma Zavodu" ASC tərəfindən yerli istehsal olan qaz sayğacları ilə təmin edilməsini nəzərdə tutur.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.