AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Şokolad qiymətlərində kəskin artım gözlənilir

  • + A
  • - A
  • 27-03-2024, 09:32

    Şokolad qiymətlərində kəskin artım gözlənilir

    Kakaonun dünya bazarlarında dəyəri tarixdə ilk dəfə olaraq bir ton üçün 10 min dollar həddini keçərək rekorda imza atıb. İlin əvvəlindən bəri kakao qiymətlərində baş verən artım 2.4 dəfəyə çatıb.

    Qiymət artımının əsas səbəbi Kot-d'İvuarda yaşanan anormal istilər və bu istilərin məhsul istehsalına təsiri ilə bağlıdır. Çünki, bu ölkə dünyanın ən böyük kakao tədarükçüsüdür.

    Qiymətlərin kəskin artması Kot-d’İvuar və Qanadakı bir sıra ən iri kakao emalı zavodlarında işlərin dayandırılmasına səbəb olub.

    Beynəlxalq Kakao Təşkilatının hesablamalarına görəbu il kakao paxlasının qlobal istehsalı əvvəlki ilə müqayisədə 11% azalaraq 4.45 milyon tona çatacaq. Beləliklə, artıq üçüncü ildir ki, qlobal kakao paxlası bazarı kəsirlə üzləşəcək. Bu il dünya bazarında kakao istehsalının tələbdən 375 min ton geri qalacağı gözlənilir.

    Afrikada yaranmış vəziyyət şokoladın və bütün qənnadı məmulatları qruplarının qiymətlərinin daha da artmasına səbəb olacaq.
    Məlumat Çəpəki teleqram kanalından götürülüb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR