"Gəncə şəhərində əhalinin fasiləsiz qazla təchizatı istiqamətində lazımi işlər həyata keçirilir. Yeni yaşayış massivlərində küçə qaz xətlərinin çəkilməsi, yeraltı köhnə xətlərin yenilənərək yerüstü qaz xətləri ilə əvəzlənməsi kimi prosesləri buna misal göstərmək olar". Gəncə RQİİ-nin rəisi görülən işlər haqqında məlumat verdikdən sonra "Açıq mikrofon" aksiyası sahibkarlarla sakinlərin ixtiyarına verilib. Sahibkarlardan İlqar Hacıyev, sakinlərdən isə Valeh İbrahimov mərasim evinin qazlaşdırılmasını istəyib. Müraciətlər arasında yeraltı qaz xətlərinin yerinin dəyişdirilməsi və qaz sayğaclarının yenisi ilə əvəzlənməsi kimi məsələlər də yer alıb. Görüşdə ünvanlanan problem və təkliflər aidiyyəti üzrə yönləndirilməsi üçün qeydiyyata alınıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.