Vətəndaşların nəzərinə
Qanunla müəyyən olunmuş müvafiq qurumların informasiya ehtiyatlarından və sistemlərindən əldə olunan məlumatlar (Azərbaycan Respublikasının Prezidentinin təsis etdiyi təqaüdlərin, sosial müavinətlərin məbləğinin, əmək pensiyasının minimum məbləğinin və minimum aylıq əmək haqqının məbləğinin artırılması, əmək pensiyalarının indeksləşdirilməsi və seçilmiş özünüməşğulluq istiqamətinin təşkili üçün verilmiş əmlak barədə məlumatlar istisna olmaqla) əsasında sosial yardımın dayandırılmasına və ya məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallar aşkarlandıqda, sosial yardımın ödənişi dayandırılır və ailənin sosial yardım almaq hüququna yenidən baxılır.
Ailənin sosial yardım almaq hüququna baxılma zamanı sosial yardımın təyin olunmasına və ya məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallar barədə (ailənin tərkibi, əmlakı və gəliri haqqında) düzgün olmayan və ya natamam məlumat verildiyi aşkar olunduqda həmin ailə *1 (bir) il müddətinə* sosial yardım almaq hüququnu itirir.
Aztəminatlı ailənin üzvü özünüməşğulluğa cəlb edildiyi hallarda, həmin ailənin sosial yardım almaq üçün müraciət etmək hüququ seçilmiş özünüməşğulluq istiqaməti üzrə *əmlakın verilməsi barədə müqavilənin qüvvədə olduğu müddət* ərzində məhdudlaşdırılır.
Sosial yardımın təyinatı zamanı ailə tərəfindən bilərəkdən *tam və ya düzgün olmayan məlumatın* verilməsi, eləcə də sosial yardımın ödənildiyi müddətdə ailənin *gəlirlərində baş vermiş dəyişikliklər* barədə məlumatın verilməməsi səbəbindən artıq vəsait ödənildiyi zaman sosial yardım alan ailə artıq ödənilmiş sosial yardımın məbləğini könüllü qaydada Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qaytarmalıdır.
Bundan imtina edilərsə, bu barədə mübahisəyə məhkəmə qaydasında baxılır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.