Artıq aprelin üçüncü ongünlüyündə Gürcüstanın aparıcı aviadaşıyıcısı “Georgian Airways” Gürcüstanın paytaxtı Tbilisidən İsrailin paytaxtı Təl-Əvivə gündəlik uçuşları bərpa edəcək. Bu barədə Gürcüstan aviaşirkətinin mətbuat xidməti məlumat yayıb.
“Sputnik Gürcüstan” xəbər verir ki, aviaşirkət əmin edib ki, marşrut üzrə “Boeing 737-700” və “Boeing 737-800” təyyarələri fəaliyyət göstərəcək və uçuş cədvəli sərnişinlər üçün mümkün qədər rahat olacaq.
Şirkətdən əlavə ediblər ki, birtərəfli aviabiletin qiyməti 140 avrodan başlayır, bu qiymətə sərnişinin baqajı və əl yükü daxildir.
Xatırladaq ki, Tbilisidən İsrailə uçuşlar beynəlxalq sığorta şirkətləri tərəfindən təyyarələrin sığortası ilə bağlı problemlərə görə 22 oktyabr 2023-cü il tarixində aviaşirkət tərəfindən dayandırılmışdı.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.