Bakıda elektromobillərdən istifadə ilə bağlı hökumətin iclası keçirilib. Nəticələr əsasında aidiyyəti strukturlara tapşırıqlar verilib.
Nazirlər Kabinetində “Elektrik mühərrikli avtonəqliyyat vasitələrinin istifadəsinin təşviqi haqqında” prezidentin sərəncamından irəli gələn tədbirlərin icrasına həsr olunan iclas keçirilib.
Hökumətin mətbuat xidmətinin məlumatına görə, bunu Baş Nazir Əli Əsədov keçirib. O, sərəncamdan irəli gələn tədbirlərdən, onların icrasının gedişindən və qarşıda duran vəzifələrdən danışıb.
Bundan əlavə, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin rəhbəri Rəşad Nəbiyev və energetika nazirinin müavini Samir Vəliyev təqdimatlarla çıxış ediblər.
İclasda elektromobillərin və enerji doldurma məntəqələrinin tətbiqinin genişləndirilməsi, bu sahədə zəruri strukturun yaranması, o cümlədən normativ-hüquqi aktların təkmilləşdirilməsi məsələləri qaldırılıb.
Sonda irəli sürülən təkliflər nəzərə alınaraq aidiyyəti strukturlara tapşırıqlar verilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.