2024-cü ilin yanvar-mart aylarında Azərbaycanda bütün növ nəqliyyat vasitələri ilə yükdaşımaların həcmi 54,6 milyon ton təşkil edib ki, bu da 2023-cü ilin yanvar-mart ayları ilə müqayisədə 4,7 faiz çoxdur.
Yükdaşıma strukturunda 76,4 faiz özəl nəqliyyat müəssisələrinin (2023-cü ilin yanvar-mart ayları ilə müqayisədə artım 5,3 faiz), qalan hissəsi isə dövlət müəssisələrinin payına düşür.
Dövlət Komitəsindən bildirilib ki, dəniz nəqliyyatı ilə 1,936 milyon ton (artım 6,1 faiz), avtomobil nəqliyyatı ilə 30,418 milyon ton (artım 7,2 faiz), hava nəqliyyatı ilə 94,5 min ton (artım 13 faiz)
dəmir yolu - 4,47 milyon ton (artım 0,3 faiz) müxtəlif yüklər daşınıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.